Azərbaycanda 33 yeni dini icma qeydiyyatdan keçib

Azərbaycanda 33 yeni dini icma qeydiyyatdan keçib
12:32 30 İyul 2019
36 Ölkə
Ölkə mətbuatı
A- A+

2019-cu ildə Azərbaycanda 33 yeni dini icma qeydiyyatdan keçib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla da Azərbaycanda fəaliyyət göstərən dini icmaların ümumi sayı 942-ə çatıb.

Konfessional baxımdan onların 907-si İslam, 35-i isə qeyri-islam (xristian - 24; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür.

2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.

Hazırda ölkə ərazisində 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir.

Ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Azərbaycanda 748 pir və ziyarətgah var, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/774612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR