Türkiyə S-400-lərə görə NATO-dan çıxarılır? - AÇIQLANDI

Türkiyə S-400-lərə görə NATO-dan çıxarılır? - AÇIQLANDI
15:08 30 İyul 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

“Bu məsələ heç bir NATO zirvəsində gündəmə gətirilmədi”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu S-400 zenit raket kompleksinin tədarükündən sonra ölkəsinin alyansdan çıxarılmaq ehtimalı ilə bağlı danışarkən deyib.

Tailandın paytaxı Banqkokda təşkil edilən 52-ci Cənub-Şərqi Asiya Millətlər Birliyi (ASEAN) Xarici işlər nazirləri toplantısından sonra jurnalistlərə açıqlama verən nazir bildirib ki, NATO ilə Türkiyə arasına heç bir problem yoxdur: “Baş katib və köməkçisinin S-400-lə bağlı verdiyi açıqlamalardan da belə anlaşılır ki, S-400 NATO-ya problem çıxarmır. Türkiyə bir çox sahədə NATO-nun fəaliyyətinə fayda verir. Bu məsələ heç bir NATO zirvəsində gündəmə gətirilməyib”.

Çavuşoğlu S-400-ün Türkiyə-NATO münasibətlərindən çox Türkiyə-ABŞ münasibətlərini maraqlandırdığını bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/286084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR