"Real" "Barsa"nın istəyini "oğurladı"

"Real" "Barsa"nın istəyini "oğurladı"
10:27 16 Yanvar 2015
122 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın "Borussiya"nın futbolçusu Marko Roysla razılığa gəldiyi iddia edilib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, İspaniya mətbuatı yazıb ki, artıq tərəflər arasında bütün məsələlərdə razılıq əldə olunub. Madrid klubunun bu transfer üçün "Borussiya"ya 25 milyon avro, 25 yaşlı oyunçuya isə illik 5-7 milyon avro arası məbləğ ödəyəcəyi bildirilib.
 
İspaniyanın "El Confidencial" qəzeti "Real"ın bu transferi yaxın vaxtlarda rəsmən açıqlayacağını yazıb.
Qeyd edək ki, qış fasiləsində Kevin Kamplı heyətinə cəlb edən "Borussiya"nın M.Roysu satacağı gözlənilirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR