Yolun ortasında qalan minarə görənləri təəccübləndirdi - Məscidlə 50 metr məsafədə yerləşir

Türkiyənin Denizli bölgəsində təxminən 85 il əvvəl çıxan yanğında məscidi yanan minarə heç bir zərər görməyib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, 1936-cı ildə baş verən yanğında məscidlə yanaşı bir neçə ev də yanaraq istifadəyə yararsız hala gəlib. Həmin dövrdə məhəllədə bərpa işləri aparılıb. Həmin dövrdə yol ortasında qalan minarənin məscidi isə yanğından təxminən 15 il sonra 50 metr məsafədə tikilib.

Minarənin olduğu bölgədə yol salınıb və minarə yolun ortasında qalıb. Beləliklə ortaya maraqlı görüntülər çıxıb.

Məscid və minarənin ayrı yerlərdə olduğu məhəllənin sakinləri bu vəziyyətə artıq öyrəşib. Buraya ilk dəfə gələn insanlar isə yolun ortasında qalan minarəni gördükdə həm təəccüblərini gizlədə bilmir, həm də bu mənzərə onları gülümsədir.



https://metbuat.az/news/1233398/sel-sularinin-icinde-xeber-ceken-muxbir-sosial-mediada.html



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR