x
Loading...

"Simurq" "Bakı" ilə oyuna çıxmaq istəmir

"Simurq" "Bakı" ilə oyuna çıxmaq istəmir
16:07 11 May 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

“Simurq” “Bakı” ilə oyuna çıxmayacaq? Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində bu həftə keçirilməsi nəzərdə tutulan “Simurq” - “Bakı” matçı baş tutmaya bilər.
 
Rekord.az-ın əldə etdiyi məlumata görə, artq 4-cü aydı maaşlarını ala bilməyən “Simurq” futbolçuları bu oyuna çıxmaq istəmir. 
 
“İnter”lə oyunun start fitindən sonra yerə otursalar da sonradan matçı davam etdirən Zaqatala klubunun futbolçuları bu dəfə, ümumiyyətlə, oynamaq istəmir. Onlar meydançaya çıxıb azarkeşləri salamladıqdan sonra soyunub-geyinmə otağına qaytmaq istəyirlər. Hələ ki, bu haqda rəhbərliyin heç bir xəbəri yoxdur. Sadəcə, futbolçular öz aralarında bunun müzakirəsini aparırlar ki, bu məlumat da artıq bizə sızıb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsimurqquot-quotbakquot-il-oyuna-cxmaq-istmir-t40684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR