"Böyük Avrasiya": birgə gələcəyə doğru"

"Böyük Avrasiya": birgə gələcəyə doğru"
19:22 30 İyul 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Payızda Qazaxıstanın paytaxtı yalnız ölkəmiz üçün deyil, bütün Avropa və Asiya ölkələri üçün əhəmiyyətli bir hadisəyə ev sahibliyi edəcək. 23-24 sentyabr 2019-cu il tarixlərində Nur-Sultan şəhərində Avrasiya ölkələrinin parlament sədrlərinin “Böyük Avrasiya: Dialoq. Etimad. Tərəfdaşlıq” mövzusunda IV toplantısı baş tutacaq.
Bununla bağlı Qazaxıstanın Parlament Məclisinin sədri Nurlan Niqmatulin "Böyük Avrasiya": birgə gələcəyə doğru" adlı məqalə yazıb.
"Report" həmin məqaləni təqdim edir:
Qazaxıstanın irəli sürdüyü mövzu Avrasiyada təhlükəsiz və dayanıqlı inkişafın təmin edilməsi üçün Avropa və Asiya ölkələri arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə və gücləndirilməsinə yönəlib.
Avrasiya müasir dünyanın dayağıdır. Bu, dünyanın əhalisinin 65%-ni, enerji ehtiyatlarının 75%-ni və qlobal ÜDM-in 40%-ni əhatə edən sahəyə görə ən böyük qitəsidir. Eyni zamanda, iqtisadi sistemlərin fərqliliyi, qitə bölgələri arasında inkişaf səviyyəsinin bərabərsizliyi, regionallaşmaya artan meylilik, Avrasiya barədə vahid bir iqtisadi qurum kimi danışmağa imkan vermir. Ticari və iqtisadi qarşılıqlı asılılığının mövcud səviyyəsi hər kəsdən Avrasiya ölkələrinin daha sıx qarşılıqlı əlaqələrini və maraqlarının nəzərə alınmasını tələb edir.
Qazaxıstanın əsas ismarıcı Avrasiyanı bu və ya digər dövlətlər arasında meydana çıxan qarşılıqlı anlaşmazlıqların birgə, kollektiv əsasında həlli və ümumi çağırışlara qarşı birgə mübarizəsi üçün prinsipial olaraq yeni tərəfdaşlıq modelini sınaqdan keçirilməsi üçün bir platformaya etməkdən ibarətdir.
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin "Avrasiya inteqrasiyası" ideyası 1994-cü ildə elan edilib və bir sıra inkişaf mərhələləri keçərək Birliyinin (AİB) fəaliyyətində həyata keçirilib. Beləliklə, bu il Avrasiya inteqrasiya təşəbbüsünün 25 ili tamam olub. Sonradan Nursultan Nazarbayev tərəfindən təklif olunan Avrasiya qitəsində tərəfdaşlıq qurulması ilə bağlı stratejı təşəbbüs 2010-cu ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Astana Bəyannaməsində təsbit olunub. Təşkilatın üzv dövlətləri, ümumi və bölünməz Avro-Atlantika və Avrasiya cəmiyyəti prinsipinə sadiq olduqlarını bəyan etdilər.
2015-ci ildə Qazaxıstanın Birinci Prezidenti BMT-nin Baş Assambleyasının kürsüsündə çıxış etdiyi zaman Avrasiya İqtisadi Birliyi, İpək Yolu İqtisadi Kəməri və Avropa Birliyini vahid inteqrasiya layihəsinə birləşdirilməsini nəzərdə tutan "Böyük Avrasiyanı" yaratmaq fikrini ortaya qoyub.
"Böyük Avrasiyanın" misilsiz layihəsi bu birliklərin və onların təşəbbüslərinin, o cümlədən onların iştirakçıları arasında ticarət əlaqələrinin liberallaşdırılması, nəqliyyat dəhlizlərinin birgə inkişafı, enerji marşrutlarının şaxələndirilməsi, investisiya əməkdaşlığının genişləndirilməsi və iqtisadi qarşılıqlı digər məsələlərin uyğunlaşdırılmasını nəzərdə tutur. 2019-cu ilin aprelində Pekində keçirilən "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunun sessiyasında Nursultan Nazarbayev dünya ictimaiyyətinə "Üç D", yəni "Üç Dialoqun" qurulmasının vacibliyini bildirən yeni bir geosiyasi reallığını yaratmağı təklif edib. Birinci dialoq qlobal səviyyəsini ehtiva edir. Bu, ABŞ, Rusiya, Çin və Avropa Birliyi arasında dialoqdur. İkinci dialoq Avrasiya səviyyəsində Asiyada və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə İclasların potensialını birləşdirilməsi üçün vacibdir.
Üçüncü dialoq Avrasiya İqtisadi Birliyi, Avropa Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası arasında sistemli iqtisadi dialoqdur. Belə bir formatda iqtisadi əməkdaşlığın inkişafı, birincisi, ölkələrimizin inkişafına, iqtisadiyyatlarımızın böyüməsinə və vətəndaşlarımızın rifahının yaxşılaşmasına; ikincisi, yeni şaxələndirmə mənbələrinin yaradılmasına, rəqabətə davamlılığının güclənməsinə, biznes mühitinin yaxşılaşdırılmasına və dövlətlərin investisiya cəlbediciliyinin artmasına; üçüncüsü, Böyük Avrasiyanın qlobal rolunu artması üçün siqnala çevrilməsinə güclü təkan verə bilər. Sözügedən dialoqların başlaması Avropa və Asiyanın bütün ölkələrinin ümumi maraqlarına uyğundur və birləşmiş Avrasiyanın dayanıqlı gələcəyi üçün qarşılıqlı əlaqənin formalaşmasına öz töhfəsini verəcək. Buna görə də Avrasiya ölkələrinin parlament sədrlərinin IV toplantısının əsas məqsədi Avrasiya məkanında qarşılıqlı əlaqələrin və əməkdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsi üçün Avropa və Asiyanın qanunverici orqanlarının rəhbərləri, habelə beynəlxalq və parlamentlərarası təşkilatlar rəhbərləri arasında birbaşa çoxtərəfli dialoqun qurulmasıdır.
Dövlətlərin siyasi və iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsində parlamentlərin rolu regional və qitə səviyyəsində birgə fəaliyyəti üçün ortaq təmas nöqtələrin və qarşılıqlı məqbul həllərin tapılması üçün ciddi əsas olacaq.
Gündəliyin əsas elementləri aşağıdakılar ola bilər:
- Avrasiya məkanının iqtisadi inkişafının əsas prinsiplərinin əlaqələndirilməsi. Burada əsas şərt, həmçinin nəqliyyat və tranzit infrastrukturun inkişafı, qarşılıqlı ticarətin qurulması, sənaye və innovativ əməkdaşlığın genişləndirilməsi yolu ilə “Böyük Avrasiyanın” inteqrasiya potensialının tam olaraq açılmasıdır ("Avrasiya anın" yetişməsi;
- beynəlxalq siyasi və iqtisadi hadisələrin unikal şəkildə);
- mədəni və humanitar əlaqələrin və Avrasiya məkanında parlamentlərarası qarşılıqlı fəaliyyətinin inkişafı yolu ilə dialoq alqoritminin müzakirəsi.
Tədbirin tarixinə nəzər salsaq, qeyd etmək lazımdır ki, bu forumun  təşəbbüskarları Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması və Koreya Respublikası Milli Məclisidir. Əvvəlki üç görüş Moskvada (2016-cı ilin apreli), Seulda (2017-ci ilin iyunu) və Antalyada (2018-ci ilin oktyabrı) keçirildi və Avrasiya qitəsi ölkələrinin dayanıqlı inkişafı və rifahı naminə əməkdaşlığın aktual problemlərini müzakirə etmək üçün təsirli bir platforma oldu.
İştirakçıların formatı da ildən ilə genişlənir. Moskvada keçirilən ilk iclasda 19 ölkənin, Seulda - 26 ölkənin, Türkiyədə - 38 ölkənin nümayəndə heyəti iştirak edib. İndi bu səviyyədəki beynəlxalq parlament tədbiri ilk dəfə Qazaxıstanda keçiriləcək. Nur-Sultanda keçiriləcək parlamentlərarası foruma Avropa və Asiyanın 84 ölkəsindən parlament rəhbərləri və 16 beynəlxalq və parlamentlərarası təşkilatın rəhbərləri dəvət edilib. Hazırda tərəfimizdən geniş təşkilati və hazırlıq işləri aparılır. Bu günə kimi, 50- dən çox ölkədən olan parlamentarilər artıq iştiraklarını təsdiqləyiblər. O cümlədən 43 ölkədən rəhbər səviyyəsində iştirak təsdiqlənib. 16 beynəlxalq təşkilatın hamısı iştiraklarını təsdiqlədilər. Avropa və Asiyadan olan nüfuzlu parlamentarilərin forumda iştirak müasir inkişafın aktual mövzuları ətrafında fikir mübadiləsi aparmağa və Avrasiya üçün dayanıqlı “ümumi qalibiyyət” modelinə keçməsi ilə bağlı baxış və praktiki yolların axtarılmasına imkan verəcək.
Biz ümid edirik ki, müzakirələrin nəticəsi yekun sənədin – ümumi gələcəyimizə gedən yolda Avrasiya qitəsinin daha da inkişaf etdirilməsi ilə bağlı parlament üzvlərinin fikirlərini əks etdirəcək Spikerləri Birgə Bəyannaməsinin qəbul edilməsi olacaq.
Ümumiyyətlə, qarşıdan gələn forum Avrasiya məkanında hərtərəfli qarşılıqlı fəaliyyətin və əməkdaşlığın möhkəmlənməsinə, parlamentlərarası əlaqələrin və tərəfdaşlığın inkişafına öz töhfəsini verəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/qazaxistanin-parlament-meclisinin-sedri-boyuk-avrasiya-birge-ge

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR