Seyyid şəxslərə sədəqə vermək olarmı?

Seyyid şəxslərə sədəqə vermək olarmı?
22:17 30 İyul 2019
Ölkə mətbuatı
A- A+

Seyyidlər İslam dinində şərəfli insanlar hesab edilir. Qədimdən bəri Peyğəmbər nəslindən olan nəcabətli seyyidlərə el içində ehtiram göstərilib, onlar camaatın ağsaqqalı sayılıblar, xeyir-dua almaq, küsülüləri barışdırmaq, qan davalarını həll etmək üçün onlara müraciət edilib. Allah-Taala seyyidlərin hörmətini qorumaq naminə onlara, başqalarından sədəqə və zəkat almağı qadağan edib.

Milli.Az islam.az-a istinadən bildirir ki, seyyidlərə sədəqə verilməz, pulu onlara hədiyyə niyyətilə vermək lazımdır. Seyyid olan şəxs seyyid olmayandan zəkat ala bilməz. Hətta Ramazan bayramında verilməsi vacib olan fitrə zəkatını da seyyid olmayan şəxs seyyidə verə bilməz. Seyyid yalnız başqa seyyiddən zəkat ala bilər. Bu qadağanın əvəzində Allah-Taala başqa bir dini verginin - xümsün yarısını seyyidlərə aid edib; buna "seyyid malı" deyirlər və fəqir seyyidlərə təqdim edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/774010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR