Azərbaycan Kubokunun final matçında Röya oxuyacaq

Azərbaycan Kubokunun final matçında Röya oxuyacaq
17:22 11 May 2015
168 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda “Qarabağ” və “Neftçi” komandaları arasında iyunun 3-də keçiriləcək final matçının başlama saatı müəyyənləşib. "Report"un məlumatına görə, Qəbələ şəhər stadionundakı matçın start fiti saat 21:00-da çalınacaq.
Amma oyun öncəsi təntənəli mərasim bir saat tez start götürəcək. Tədbir zamanı müğənni Röya stadionda bir neçə mahnı ifa edəcək. Final görüşündən sonra isə kubokun təqdimetmə mərasimi və atəşfəşanlıq olacaq.
Oyunu işıqlandıracaq jurnalistlər səfərə iyunun 2-də aparılacaqlar. Həmin gün KİV əməkdaşları “Neftçi” və “Qarabağ” klublarının iştirakı ilə 1996-cı ildə baş tutmuş final matçı iştirakçılarının 19 il sonrakı görüşünü də izləyəcəklər.
Qeyd edək ki, Azərbaycan Kuboku Qəbələ şəhər stadionuna helikopterlə endiriləcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-kuboku-final-matci-baslama-saati

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR