x
Loading...

Ulduz səfirlər bulvardakı açılışda - fotolar

Ulduz səfirlər bulvardakı açılışda - fotolar
16:41 11 May 2015
Ölkə mətbuatı
A- A+

Mayın 11-də Dənizkənarı Milli Parkda “Bakı-2015”in dəstəkçisi və məhsulların tədarükçüsü “Bazarstore”un dəstəyi ilə ilk Avropa Oyunlarının rəsmi mağazasının açılış mərasimi olub.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, mərasimdə çıxış edən “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Oyunların rəsmi məhsullarının satışa çıxarılmasından məmnunluğunu bildirib. İki həftə əvvəl ilk Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırıldığını bildirən Saymon Kleq hazırda məşəlin Azərbaycanın bölgələrini dolaşdığını və vətəndaşların bu möhtəşəm idman tədbirində fəal iştirak etdiklərini vurğulayıb. Qeyd edib ki, “Bazarstore” mağazalar şəbəkəsinin satışa çıxardığı məhsullar Azərbaycanda, eləcə də bütün Avropada yaşanacaq bu idman həyəcanını hər bir kəsin hiss etməsinə imkan yaradacaq.

Satışa çıxarılan məhsulların üzərində ilk Avropa Oyunlarının brendinin həkk olunduğunu bildirən Saymon Kleq mağazaların “Bakı-2015”in azarkeşlərinə böyük hədiyyə olduğunu diqqətə çatdırıb.

Sonra Saymon Kleq və Afiq Səfərov mağazanın rəmzi açılışını bildirən lenti kəsiblər.

“Bakı-2015” ilk Avropa Oyunlarının ulduz elçilərinin, “Alovqoruyan”ların qatıldıqları açılış mərasimi paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.









Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=30343

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR