Aİİ tələbələri Bursa Uludağ Universitetində (FOTO)

Aİİ tələbələri Bursa Uludağ Universitetində (FOTO)
11:22 31 İyul 2019
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir.

Aİİ-dən Trend-ə verilən məlumata görə, “Yay məktəbi”nin növbəti günü tələbələr Bursa Uludağ Universitetinin İlahiyyat fakültəsini ziyarət edib, fakültənin kitabxanası, dərs otaqları ilə tanış olublar. Daha sonra fakültənin dekanı professor Bilal Kemikli tələbələrlə görüşüb, azərbaycanlı gəncləri burada görməkdən məmnun olduğunu nəzərə çatdırıb.

B.Kemikli tələbələrlə müxtəlif mövzularda söhbətlər aparıb, azərbaycanlı alimlərin dünya elminə verdikləri töhfələrdən bəhs edib. Seyid Yəhya Bakuvinin adını xüsusi vurğulayan fakültə dekanı belə dahi şəxsiyyətlərin hər bir gənc üçün nümunə olduğunu bildirib. B.Kemikli tələbələrə tövsiyələrini bildirib: “Yüksəkixtisaslı mütəxəssis olmaq istəyirsinizə, öncə Vətəninizin dahi şəxsiyyətlərini yaxşı tanımalısınız”.

Görüşdə Azərbaycan İlahiyyat İnstitutu ilə Bursa Uludağ Universitetinin İlahiyyat fakültəsi arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdan söhbət açılıb. Tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq, bu sahə üzrə mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Yay məktəbi”ndə Azərbaycan İlahiyyat İnstitutu ilə yanaşı, QazaxıstanQırğızıstandan gəlmiş İlahiyyat fakültəsinin tələbələri də iştirak edirlər. “Yay məktəbi”nin keçirilməsi tələbələrin bilik və bacarıqlarının artırılması, təcrübə mübadiləsi, dostluq əlaqələrinin genişləndirilməsi baxımından vacibdir. Eyni zamanda, ölkəmizdəki tolerant və multikultural mühitin təbliği baxımından, gənclərimizin burada iştirakı mühüm əhəmiyyət kəsb edir.

Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnən, tərəfsiz və bütün konfessiyalara dözümlülüklə yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmi potensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır. Nəzərə çatdıraq ki, Aİİ dünyanın müxtəlif təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3098544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR