Bakıda iki nəfər bıçaqlandı

Bakıda iki nəfər bıçaqlandı
10:37 16 Yanvar 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunda bıçaqlanma hadisələri baş verib
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisələrdən biri Biləcəri qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Qılman İlqar oğlu Kazımova naməlum şəxs və ya şəxslər bir neçə bıçaq xəsarəti yetiriblər.

Analoji fakt rayonun Binəqədi qəsəbəsində yerləşən “Kamran” kafesinin yaxınlığında qeydə alınıb. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü Aqil Ramazan oğlu Səfərova naməlum şəxs və ya şəxslər tərəfindən bıçaq xəsarəti yetirilib.

Hər iki şəxs ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisələri törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR