Sarqsyanın Çexiyada Qonsales olan qardaşı oğlu ekstradisiya ediləcək

Sarqsyanın Çexiyada Qonsales olan qardaşı oğlu ekstradisiya ediləcək
12:17 31 İyul 2019
82 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın eks-prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanı gizləndiyi Çexiyadan ekstradisiya edə bilərlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı S.Sarqsyanın keçmiş mühafizəçiləri arasındakı mənbələrə istinadən məlumat verir.

Məlumata əsasən, Çexiyada Franklin Qonsales adı ilə gizlənən N.Sarqsyan artıq bu ilin sentyabrında ekstradisiya oluna bilər.  

Xatırladaq ki, 2018-ci il iyunun sonunda polis S.Sarqsyanın qardaşı Aleksandr Sarqsyanın malikanəsində axtarış aparıb.

Bundan sonra onun oğlu N.Sarqsyana qarşı qanunsuz silah, döyüş sursatı və narkotik maddələr əldə etmək və saxlamaq ittihamı ilə cinayət işi açılıb. O, beynəlxalq axtarışa verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/774815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR