Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinə hazırlıq keçirlər

Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinə hazırlıq keçirlər
12:42 31 İyul 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Moskva şəhərinə gələn Azərbaycanın hərbi aşpazları təlimat alaraq təhlükəsizlik və texniki vasitələrin istismarı qaydalarını öyrəniblər. Hərbi aşpazlarımız həmçinin qida məhsulları ilə işləməyə buraxılmaları üçün tibbi müayinədən keçiblər.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Avqustun 3-də Alabino poliqonunda dünyanın 10 ölkəsindən olan hərbi aşpazlar milli təamların hazırlanması üzrə ustalıqlarını nümayiş etdirəcəklər.
Hazırda hərbi aşpazlar “Səhra mətbəxi” müsabiqəsinə hazırlıqlarını davam etdirirlər.


Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycanin-herbi-aspazlari-sehra-metbexi-musabiqesine-hazirliq-kecirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR