Belçikada son iki həftədə ikinci futbolçu oyun zamanı dünyasını dəyişib

Belçikada son iki həftədə ikinci futbolçu oyun zamanı dünyasını dəyişib
18:02 11 May 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Belçikada son iki həftədə ikinci futbolçu ölümü baş verib. "Report"un məlumatına görə, oyun zamanı ürəyi tutan Belçikanın "Bershot Vilreyk" klubunun futbolçusu Tim Niko xəstəxanada dünyasını dəyişib. 
23 yaşlı müdafiəçi 4-cü divizion qarşılaşmasında özünü pis hiss edib. Onu süni koma vəziyyətindən ayıltmaq mümkün olmayıb. 
Qeyd edək ki, aprelin sonlarında "Lokeren"in müdafiəçisi Qreqori Martensin "Genk"lə oyun vaxtı ürəyi tutub. Özünə gələ bilməyən Martens xəstəxanada keçinib. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/belcikada-son-iki-heftede-ikinci-futbolcu-oyun-zamani

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR