AMADA WADA-nın büdcəsinə tələb olunan illik vəsaiti tam şəkildə ödəyib

AMADA WADA-nın büdcəsinə tələb olunan illik vəsaiti tam şəkildə ödəyib
13:02 31 İyul 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Ümumdünya Antidopinq Agentliyinin (WADA) büdcəsinə tələb olunan illik vəsaiti tam şəkildə ödəyib.
“Report” xəbər verir ki, bu barədə WADA-nın hesabatından bildirilir. AMADA-nın 2019-cu il üçün ödənişi 33 min 967 dollar təşkil edib. Avropada ən böyük məbləğdə illik ödəniş Rusiya, Fransa, Almaniya, Böyük Britaniya və İtaliyadan tələb olunur. Bu ölkələrin hamısı artıq nəzərdə tutulan 946 min 747 dolları WADA-nın büdcəsinə köçürüblər. Hazırda ən çox borcu olan ölkə Rumıniyadır - 93 min 592 dollar.
Qeyd edək ki, WADA-nın büdcəsinə ən çox illik ödənişi ABŞ edib - 2 milyon 513 min 651 dollar. 


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/amada-wada-nin-budcesine-teleb-olunan-illik-vesaiti-tam-sekilde-odeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR