Rusiya Azərbaycana torpaqları qaytarmağa imkan verməsə... - Ermənistanı çökdürəcək planın detalları

Rusiya Azərbaycana torpaqları qaytarmağa imkan verməsə... - Ermənistanı çökdürəcək planın detalları
15:58 31 İyul 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan ordusunun yalnız Qarabağ istiqamətində deyil, bütün təmas xətti boyunca problemlərini artırmaq lazımdır”.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, bu manevr nəticəsində Ermənistan ordusunun baş qərargah rəisi Artak Davtyan sərhədin Qazax istiqamətinə baş çəkmək məcburiyyətində qalıb: “İyulun 27 və 28-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətindən keçən hissəsində düşmən ordusunun iki əsgəri yaralanıb. Erməni gerenal sərhəddə əməliyyat şəraiti ilə tanış olub, mühəndis işlərinin görülməsi və mövqelərin möhkəmləndirilməsi barədə göstərişlər verib.

Ermənistanın müdafiə nazirinin müavini Qabriel Balayan sərhəddəki gərginliyi belə izah edib ki, hər iki tərəf yay aylarından istifadə edərək təmas xəttinə yaxın ərazilərdə mühəndis qurğularının gücləndirilməsinə çalışırlar və ona görə də ölümlə və yaralanmalarla nəticələnən toqquşmalar qeydə alınır. Bu yanaşmada həqiqət payı var. Ancaq məsələ yalnız mövqelərin gücləndirilməsi ilə əlaqəli deyil. Ermənistan hakimiyyəti anlamalıdır ki, işğal davam etdikcə onların problemi yalnız Dağlıq Qarabağda olmayacaq, Qazax və Tovuzdan başlayaraq Naxçıvana qədər sərhəddə onlara qarşı təzyiq artacaq. Bu günün reallığıdır. Əgər Rusiya Azərbaycana müharibə yolu ilə torpaqları azad etməyə imkan vermirsə, başqa yol lokal təzyiq və harda mümkündürsə irəriləmək imkanlarını hərəkətə gətirməkdir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/286183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR