“Amrah Bank” bu ilin I yarısını zərərlə başa vurub

“Amrah Bank” bu ilin I yarısını zərərlə başa vurub
19:17 31 İyul 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

“Amrah Bank “ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 201,981 milyon manat təşkil edib.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 2,9% çoxdur.
“Amrah Bank”ın aktivlərinin 104,946 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,9% böyüyüb.
Hesabat dövründə “Amrah Bank”ın cəmi öhdəlikləri də 15,9% artaraq 187,508 milyon manata, o cümlədən depozit portfeli 12% artaraq 166,269 milyon manata çatıb, cəmi kapitalı isə 58% azalaraq 14,472 milyon manata düşüb.
Bu ilin yanvar-iyun aylarında “Amrah Bank”ın gəlirləri 8,766 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 22,2% çox), xərcləri 12,899 milyon manat (0,3% çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,146 milyon manat (52% az) təşkil edib. Son nəticədə Bank I yarımili 5,279 milyon manat zərərlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 34,7% azdır.
Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39,844 milyon manatdır. Bankın səhmlərinin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri, “Amrah Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) sədri və 85%-lik səhmdarı), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə (“Amrah Sığorta”nın 15%-lik səhmdarı), 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amrah-bank-bu-ilin-i-yarisini-zererle-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR