Sabah "Bavariya" "Barselona"nı qəbul edəcək.
Metbuat.az-ın məlumatına görə, oyun ərəfəsində Münhen klubunun baş məşqçisi Pep Qvardiola mətbuat nümayəndələrinin qarşısına çıxıb. Məşhur mütəxəssis komandasında Lionel Messi kimi futbolçunun olmadığını bildirib:
"Messi kimi oyunçularla rastlaşanda ona hörmət etməyə başlayırsan. O, başqa dünyadandı. Bizim Messi kimi oyunçumuz yoxdu, ancaq buna baxmayaraq, Bundesliqanın qalibi olmuşuq. Bundesliqa çox güclü çempionatdı".