Bu qızlara əsla sataşmaq olmaz - VİDEO - FOTO

Bu qızlara əsla sataşmaq olmaz - VİDEO - FOTO
10:42 16 Yanvar 2015
127 Dünya
Ölkə mətbuatı
A- A+

"Bizim ofisiant qızlara sataşmaq, söz atmaq olmaz. Çünki vura bilərlər. Zarafat edirəm, təbii ki. Amma ofisiant qızların silahla dolaşmalarını, bellərində tapança olduğu vəziyyətdə işləmələrini normal sayıram".
 
ABŞ-ın Kolorado ştatındakı Rayfl şəhərində yerləşən "Shooters Grill" restoranının sahibəsi, 28 yaşlı Loren Bobert gülümsəyir. Bobertin belindəki kəmərdən Glock tapançası sallanır.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, "Shooters Grill"də müştərilərə təklif edilən menyu ölkədəki fastfud restoranlarından fərqlənmir.
Fərqli olan müştərilərə xidmət edən ofisiant qızların silahlı olmalarıdır.
 
4 övlad anası Loren Bobert bu restoranı 2013-cü ilin mayında əri, 34 yaşlı Ceysonla birlikdə açıb.
 
Restoran fəaliyyətə başlayandan cəmi bir ay sonra onun yaxınlığında bir nəfəri qətlə yetirmişdilər.
"Həmin qətldən sonra ofisiant qızlarımızı silahlandırmağa qərar verdik. Onlar silahlı olanda müştərilər özlərini daha təhlükəsiz hiss edirlər. Üstəlik, restoranımız məşhurlaşdı. İndi müştəri axını var", - Loren Bobert söyləyib.
 
Ofisiantlardan Recina But, Cessi Spoldinq bellərində tapança işləmələrini bəyəndiklərini deyiblər.
Lorenin sözlərinə görə, əməkdaşlarının hamısına atıcılıq təlimi keçilib.
 
Milli.Az 


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR