Cennifer Lopez Türkiyə prezidentinin iqamətgahında qalacaq

Cennifer Lopez Türkiyə prezidentinin iqamətgahında qalacaq
20:58 31 İyul 2019
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur müğənni Cennifer Lopez "Its My Party" turnesi çərçivəsində 6 avqustda Antalyada konsert verəcək.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz 2 xüsusi böyük təyyarə, 90 nəfərlik qrup və 10 TIR maşını ilə Antalyaya gələcək. Məlum olub ki, Lopez Ərdoğanın G20 zirvəsindəki güllə keçirməyən şüşə villasında qalacaq. Təşkilatçılar bildirib ki, müğənni uşaqları ilə birlikdə gəldiyi üçün ciddi hazırlıqlar gedir.

Qeyd edək ki, Belekdə baş tutacaq konsertin biletləri 7 min TL ilə 50 min avro arası dəyişir.

Konsertin təşkilatçısı Dəniz Üstertunanın sözlərinə görə, Ceylonun, xüsusən kremli və çox ağır qidaları sevmədiyi qeyd olunub. Həmçinin ağ gül tələbi irəli sürüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/286193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR