Hərbi həkimlərimiz “Hərbi-tibbi estafet” müsabiqəsinə hazırlıq keçirlər - FOTO

Azərbaycan Ordusunun hərbi həkimləri “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində avqustun 4-dən 15-dək Özbəkistanda keçiriləcək “Hərbi-tibbi estafet” müsabiqəsinə hazırlıq keçirlər.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, dünyanın 10 ölkəsindən olan hərbi həkimlərin iştirak etdiyi müsabiqədə yaralılara ilkin tibbi yardımın göstərilməsi, onların döyüş meydanından təxliyəsi, tibbi müayinəsi və müalicəsi üzrə tapşırıqlar, eləcə də digər epizodlar yerinə yetiriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR