Təhsil almaq hər kəsin hüququdur. Amma cəmiyyətimizdə elə insanlar da var ki, onlar üçün bu hüququ gerçəkləşdirmək nisbətən çətin olur. Fiziki və əqli qüsuru olan uşaqlar necə təhsil alır? Ümumiyyətlə, təhsil ala bilirlərmi?
16 yaşlı Murad Həsənov 8 ildir öz evində təhsil alır. Fiziki imkanları məhdud olsa da, o, təhsili yarımçıq qoymaq istəmir.
Kanal S (Region TV) xəbər verir ki, fiziki qüsuru Muradın təhsilinə mənfi təsir etmir. Əksinə, o, dərslərinə daha həvəslə və əzmlə hazırlaşır. Hazırda Şəkidə 18 yaşına çatmamış əlil uşaqların sayı 1 371 nəfərdir. Onlardan 109 nəfəri Murad kimi evdə xüsusi təhsil alır. Evdə xüsusi təhsilə cəlb edilənlərdən 73 nəfəri fiziki, 36 nəfəri isə əqli qüsuru olanlardır. Əqli qüsuru olanlar xüsusi proqramla təhsil alırlar. Onların dərs saatları nisbətən az olur və bütün imtahanlardan azad edilirlər. Ümumiyyətlə, fiziki və ya əqli qüsurlu övladlarının evdə təhsil alması üçün valideynlər özləri maraqlı olmalıdırlar.
Qeyd edək ki, ötən tədris ilində Şəkidə evdə təhsil almış şagirdlərdən 4 nəfəri 9-cu, 2-si isə 11-ci sinifi bitirərək müvafiq şəhadətnamə və attestat alıb.
Milli.Az