Qubada toy karvanında yol qəzası olub, 6 nəfər xəsarət alıb + ADLAR

Quba rayonunda toy karvanı qəzaya düşüb.

Metbuat.az bildirir ki, olay rayonun Qələdüz kəndi ərazisində qeydə alınıb.

Toy karvanında gedən “Niva” markalı avtomobil qarşıdan gələn minik avtomobili ilə toqquşub.

Nəticədə 6 nəfər xəsarət alıb. Onlar dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəsarət alan şəxslər - Qubanın Üçgün kənd sakinləri 1966- cı il təvəllüdlü Qənbər Babayev, 1966-cı il təvəllüdlü Sahibə Babayeva, Küpçal kənd sakinləri Sənubər Səfərova, 1984-cü il təvəllüdlü Alim Qədirov, Qələdüz kənd sakinləri Təranə Əlixanova, 1992-cı il təvəllüdlü Əlimirzəyev Tərlandır.

S.Babayeva ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər 5 nəfərin müalicəsi Quba Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR