Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 May

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 May
20:04 11 May 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

YORUM...


Dünyada gedən proseslərdən belə nəticəyə gəlmək olar ki, supergüclər yeni "dost" axtarışlarına çıxıblar. Ən maraqlısı isə odur ki, cəbhənin bir tərəfində olan Rusiya bunu Avropa İttifaqından küskün olan Yunanıstanla və iqtisadi baxımdan ən perspektivli tərəfdaş kimi gördüyü Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqla, digər tərəfdə olan ABŞ isə Yaxın Şərqlə bağlı planlarında özünə ən böyük maneə gördüyü İrana yumşaq mesajlar verməklə və illərlə düşmən olduğu Kubanı öz tərəfinə çəkməklə həyata keçirmək istəyir. Bu səbəbdən Fransa prezidenti Kubaya səfərini "tarixi səfər" adlandırır və o,  yalnız öz ölkəsi baxımından çıxış etmir. Olland həm də Fransanın siyasi və hərbi əməkdaşlıq etdiyi müttəfiqlərinin dili ilə danışır. Xüsusilə də ABŞ-ın...

 

Panamada ABŞ prezidentinin və Kuba liderinin əl sıxmalarından sonra hiss olunan bu yaxınlaşmaya Moskva hələ ki, reaksiya verməyib. Vaşinqtonun Tehrana nümayiş etdirdiyi yumşaq münasibətə gəlincə, nəinki Rusiya, heç İran özü də konkret olaraq hansısa konkret cavabı verməyib. Buradan bir nəticəyə də gəlmək olar. Rusiya illərdir yaxın əlaqədə olduğu ölkələrdən "köhnə dostdan düşmən olmaz" prinsipi ilə arxayındır. Əks cəbhəyə gəlincə isə bu məşhur deyim istər-istəməz suala çevrilir. "Köhnə düşməndən dost olacaqmı? Bunu isə zaman göstərəcək...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/202293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR