Boks kralı xəstəxanaya düşdü

10:52 16 Yanvar 2015
85 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli amerikalı boksçu Məhəmməd Əli yenidən xəstəxanaya düşüb. Milli.Az Rusiya KİV-nə istinadən bildirir ki, boksçu sidik kanallarının infeksiyasının müalicəsi üçün xəstəxanaya yerləşdirilib.

Bununla belə, Məhəmməd Əli 73-cü ad gününü (17 yanvar) qeyd etməyi də planlaşdırır.

Xatırladaq ki, idmançı bundan əvvəl dekabrın 21-də xəstəxanaya yerləşdirilmişdi. O vaxt boksçu böyrəklərin iltihabına görə həkimlərə üz tutmalı olmuşdu. Onun hansı klinikada qaldığı gizlədilirdi.

Boksçu 1984-cü ildən bu yana Parkinson xəstəliyindən də əziyyət çəkir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR