Qadın sonsuzluğunun dərmanı müqəddəs bitki – RESEPT

Qədim yunan təbibləri Hippokrat və Dioskirid bu otu müqəddət bitki elan edərək, qadın sonsuzluğunun çarəsi bilirdilər.

Adının mənası qədim yunan dilindən "günəş və sağlamlıq" deməkdir.

Bizim şalfey kimi tanıdığımız sürvə çoxunuzun istifadə etdiyi bitkidir. Apteklərdə satılır.

Metbuat.az medicina.az-a istinadən bildirir ki, məhz sürvə qadınların sağlam hamiləliyi üçün vacib olan fitohormonlar anbarıdır.
35 yaşından sonra qadınlar müntəzəm olaraq sürvə dəmləməsi içsələr hormonal cavanlaşma gedir.

Hamilə qala bilməyən qadınlar da sürvə dəmləməsi içməlidir. Qədim təbiblər deyir ki, sürvə uşaqlığın sovuruculuq və spermanı tutub saxlamaq refleksini artırır, qadında cinsi həvəssizliyi aradan qaldırır.

Resept: 1 çay qaşığı sürvəni 1 stəkan qaynar suda dəmləyin. 1 saatdan sonra süzün. Bu suyu 3 hissəyə bölün. Bir hissəni acqarına səhər, bir hissəni günorta, bir hissəni axşam içirsiz. Dəmləməni çay qaşığı ilə az-az içmək lazımdır.

Müalicə menstruasiya bitdikdən sonra başlanılır. 12 gün davam edirsiz. Növbəti ayda yenə menstruasiya bitən kimi içirsiz. 3 ay içilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR