Yevlaxda soyğunçuluq edən şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, iyulun 29-da Yevlax şəhər sakini A. Cəfərova RPŞ-yə ərizə ilə müraciət edərək rayon ərazisindəki bazarda olarkən içərisində pul və bankomat kartları olan pul qabının oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A. Cəfərovaya məxsus içində 3360 manat və iki ədəd bankomat kartları olan pul qabını götürərək soyğunçuluq etmiş rayon sakini, əvvəllər məhkumluğu olan Samir Məmmədov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayəti işi başlanılıb, araşdırmalar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR