x
Loading...

Görün, baş nazirə nə hədiyyə etdilər - FOTO

Görün, baş nazirə nə hədiyyə etdilər - FOTO
20:05 11 May 2015
Ölkə mətbuatı
A- A+

Davudoğlu: "Bunun mənəvi dəyəri olduğu üçün razılıq verdim"
"Siyasi həyatımda ilk dəfə hədiyyə qəbul edirəm".

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bunu Türkiyə baş naziri Əhməd Davudoğlu deyib. O bildirib ki, hədiyyə olunan ayaqqabı onun atasının istehsal etdiyi modelin oxşarı olduğu üçün onu qəbul edib:

Baş nazir Türkiyə Ayaqqabı Sənayeçiləri Dərnəyinin sədri Hüseyn Çetin tərəfindən hədiyyə olunan ayaqqabının mənəvi dəyəri olduğu üçün qəbul etdiyini söyləyib: "Prinsip olaraq hədiyyə qəbul etmirəm. Ancaq bu ayaqqabının mənəvi dəyəri olduğu üçün razılıq verdim".

Qeyd edək ki, Əhməd Davudoğlunun atası ayaqqabı istehsalçısı olub. Baş nazirə hədiyyə olunan ayaqqabı Davudoğlunun atasının xüsusi olaraq istehsal etdiyi ayaqqabı modelinin bənzəri olub.

Türkiyə baş naziri Əhməd Davudoğluya hədiyyə olunan ayaqqabının fotolarını təqdim edirik.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/339812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR