Azərbaycan Mərkəzi Bankı ötən il valyuta aktivlərinin idarə olunmasından 115 milyon dollar gəlir əldə edib

Azərbaycan Mərkəzi Bankı ötən il valyuta aktivlərinin idarə olunmasından 115 milyon dollar gəlir əldə edib
12:27 2 Avqust 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

2018-ci il ərzində qlobal iqtisadi aktivliyin güclənməsi fonunda ABŞ-da pul siyasətinin sərtləşdirilməsi prosesinin davam etdirilməsi və qlobal maliyyə bazarlarında yüksək dəyişkənlik, eləcə də ölkənin tədiyə balansının profisitli olması şəraitində Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının idarə edilməsinin prinsipi gəlirliyin konservativ maksimallaşdırılması olub.
“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Valyuta ehtiyatlarının idarə edilməsi üzrə investisiya siyasətinin əsas komponentləri kimi alət diversifikasiyası və ehtiyatların yüksək kredit keyfiyyətinin təmin olunması seçilib. Hesabat dövrünün sonuna rəsmi valyuta ehtiyatlarının 89%-i ABŞ dollarında, 5%-i avroda, 2%-i funt sterlinqdə, 4%-i isə SDR-də (Beynəlxalq Valyuta Fondunun xüsusi borclanma hüquqları) etibarlı maliyyə institutlarında saxlanılıb.
Hesabat dövründə AMB-nin valyuta ehtiyatları 291,1 milyon dollar artaraq dövrün sonuna 5,6 milyard dollar təşkil edib. Qurum valyuta aktivlərinin idarə olunmasından 115,4 milyon dollar gəlir əldə edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-merkezi-banki-oten-il-valyuta-aktivlerinin-idare-olunmasindan-115-milyon-dollar-gelir-elde-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR