“Gənc nəslin ətraf mühitin mühafizəsində rolu” adlı yay məktəbinin bağlanış mərasimi keçirilib

“Gənc nəslin ətraf mühitin mühafizəsində rolu” adlı yay məktəbinin bağlanış mərasimi keçirilib
13:42 2 Avqust 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə keçirilən “Gənc nəslin ətraf mühitin mühafizəsində rolu” adlı yay məktəbinin bağlanış mərasimi olub.
"Report" xəbər verir ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov, deputatlar Hüseynbala Mirələmov, Rauf Əliyev və gənclər iştirak ediblər. 
M.Babayev yay məktəbində iştirak edən gənclərə uğurlar arzulayıb. 
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev qeyd edib ki, "Gənc nəslin ətraf mühitin mühafizəsində rolu” mövzusundakı yay məktəbi ETSN və YAP-ın birgə həyata keçirdiyi ilk layihə deyil: "Bu günə qədər çoxlu aksiyalar keçirilib. Belə tədbirlərdən biri ötən il baş tutan "Hərəyə bir ağac əkək" kampaniyası idi. Kampaniya nəticəsində 700 mindən çox ağac əkdik. Təbii ki, bu, davamlı prosesdir. Ekologiya və ətraf mühit hər bir ölkəni narahat edən məsələdir. Belə aksiyalar təkcə Bakını deyil, bütün regionları əhatə edəcək”. 
Nazir müavini qeyd edib ki, bu yaxınlarda “Təbiətin dostu” adlı böyük aksiyaya başlanılıb.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov isə deyib ki, ekologiya insan həyatı üçün əsas məsələlərdən biridir: "Yeni Azərbaycan Partiyası olaraq ekologiyaya aid layihələrin hər birində aktiv olmağa çalışırıq. Bundan sonra Bakı və digər rayonlarda keçirilən ağacəkmə aksiyalarının hər birində iştirak edəcəyik. Xəzərin və onun ətrafının təmizliyi ilə bağlı yeni layihə başlayır".
S.Novruzov vurğulayıb ki, indiyədək 500-ə yaxın gənc yay məktəblərində iştirak edib.


Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/genc-neslin-etraf-muhitin-muhafizesinde-rolu-adli-yay-mektebinin-baglanis-merasimi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR