“Formula 1”də mərhələlərin sayı artırılır

“Formula 1”də mərhələlərin sayı artırılır
14:17 2 Avqust 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

“Formula 1” üzrə dünya çempionatında mərhələlərin sayı artırıla bilər.
“Report” “Motorsport Week” nəşrinə istinadən xəbər verir ki, 2020-ci il mövsümündə mərhələlərin sayının 21 deyil, 22 olacağı gözlənilir. Artıq siyahıya Hollandiya və Vyetnam əlavə olunub. Almaniya Qran Prisi isə təqvimi tərk edəcək.
Hazırda “Formula 1” üzrə dünya çempionatı ardıcıllıqla 21 ölkədə keçirilir. Bunlar Avstraliya, Bəhreyn, Çin, Azərbaycan, İspaniya, Monako, Kanada, Fransa, Avstriya, Böyük Britaniya, Almaniya, Macarıstan, Belçika, İtaliya, Sinqapur, Rusiya, Yaponiya, Meksika, ABŞ, Braziliya və Birləşmiş Ərəb Əmirlikləridir.
Qeyd edək ki, cari mövsümdə Azərbayca Qran Prisi 26 – 28 apreldə olub. 2020-ci ildə isə Bakıdakı yarışın 5 – 7 iyunda keçiriləcəyi gözlənilir.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-de-merhelelerin-sayi-artirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR