Yığmamız yoldaşlıq oyunu keçirəcək

Futbol üzrə Azərbaycan milli komandası oktyabrın 9-da yoldaşlıq oyunu keçirəcək.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nikola Yurçeviçin baş məşqçi olduğu kollektiv Bəhreynlə üz-üzə gələcək.

Bəhreyn Milli Stadionunda keçiriləcək qarşılaşma yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 20:30) başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Macarıstanla qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR