Bakıda iki nəfər bıçaqlanıb

10:52 16 Yanvar 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 10:23 ]


Bakı. Fuad Cəfərov -APA. Binəqədi rayonunda bıçaqlanma hadisələri baş verib.

 

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisələrdən biri Biləcəri qəsəbəsində qeydə alınıb.

 

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Qılman İlqar oğlu Kazımova naməlum şəxs və ya şəxslər bir neçə bıçaq xəsarəti yetirib.

 

Analoji fakt rayonun Binəqədi qəsəbəsində yerləşən “Kamran” kafesinin  yaxınlığında qeydə alınıb. Qəsəbə sakini 1994-cü il təvəllüdlü Aqil Ramazan oğlu Səfərova naməlum şəxs və ya şəxslər tərəfindən bıçaq xəsarəti yetirilib. 

 

Hər iki şəxs ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Hazırda polis hadisələri törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR