Azərbaycanda küp qəbir aşkarlanıb (FOTO)

Azərbaycanda küp qəbir aşkarlanıb (FOTO)
22:11 11 May 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Cəlilabad rayonunda nəhəng küp qəbir tapılıb.

Unikal tapıntı rayonun Göytəpə şəhəri ərazisindən keçən çayın sahilində balıq tutan yerli sakinlər tərəfindən aşkarlanıb.

Belə ki, torpağın 3 metr dərinliyindən uzunluğu 2 metrə çatan küp qəbir son vaxtlar çayda sululuğun artması ilə üzə çıxıb. Hər iki tərəfdən ölçüləri paralel olan və daha çox silindir həndəsi fiqurunu xatırladan küpün içərisində isə naməlum heyvanın çənə və iri dişlərinin qalıqları yer alıb.

Tarixdə küp qəbirlər mədəniyyəti insanlara aid dəfn ritualı hesab olunub. Amma ilk dəfə olaraq Cəlilabadda küpün içindən naməlum heyvan sümüklərinin tapılması mütəxəsisləri düşünməyə vadar edib. Artıq ərazi nəzarətə götürülüb. Tapılmış küp və sümüyün qalıqları araşdırılması üçün paytaxt Bakıya göndərilib. Mütəxəssislərin qənaətincə, mövcud tapıntının araşdırılması qədim dövrlə bağlı son dərəcə maraqlı faktları üzə çıxara bilər.

Qeyd edək ki, əvvəllər də Cəlilabad rayonunun ayr-ayrı yaşayış məntəqələrinin ərazilərində küp qəbirlər aşkar olunub.






Mənbə
APA



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=343782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR