Radikalların hədəfində Prezident və yaxın ətrafı dayanıb - Arzuman Abdulkərimov

Radikalların hədəfində Prezident və yaxın ətrafı dayanıb - Arzuman Abdulkərimov
22:13 2 Avqust 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın radikal müxalifət düşərgəsi stəkanda fırtına qoparmaq üçün dəridən-qabıqdan çıxır. Müxalifət sosial şəbəkələrin və internet resurslarının imkanlarından istifadə edərək iqtidara, onun aparıcı təmsilçilərinə qarşı söyüş, təhqir, qarayaxma kampaniyası aparmaqla prezident İlham Əliyevin komandasında gərginlik yaratmağa çalışır. Radikalların hədəfə aldığı şəxslərin siyahısında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov ilk yerlərdən birini tutur. Ümumiyyətlə isə radikallar Prezidentin köməkçilərini hədəfə almaqla bilavasitə Dövlət başçısını hədəfə almış olurlar. Yazının bu hissəsinə müxalifət düşərgəsinə qısaca bir nəzər saldıqdan sonra yenidən qayıdacağıq”.

Publika.az xəbər verir ki, bu sözləri “Hilal” təşkilatının sədri Arzuman Abdulkərimov deyib.

A. Abdulkərimov bildirib ki, əsasən virtual məkanda müşahidə olunan bu hücum və təhqir kampaniyası eyni zamanda iqtidar nümayəndələrinin və tərəfdarlarının gözünü qorxutmağa istiqamətlənib: “Bəzi hallarda radikalların bu taktikası müəyyən nəticələr verir. Belə ki, hakimiyyətin təbliğatını aparmağa məsul olan bəzi millət vəkilləri, məmurlar öz ləkəli keçmişlərindən qorxaraq susmağa üstünlük verirlər. Lakin kimliyi bəlirsiz şəxslər və profillər vasitəsilə söyüş yağdıran radikallar qarşılarında müqavimət görüncə özlərini yığışdırır, tutarlı arqumentlər qarşısında biabırçı məğlubiyyət yaşayırlar. Fərdi maraqlarını təmin etdirmək istəyən “ziyalı” müxalifət (“mızşünas”lar) isə bulanıq suda balıq tutmağa cəhd göstərir. Əli Həsənovu hədəfə almağa, gözdən salma kampaniyası yürütməyə çalışır”.

Onun sözlərinə görə, ölkənin ictimai-siyasi durumunun ideoloji əsaslarını müəyyənləşdirən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov radikalların hədəfindədir. Radikallar Əli Həsənovun üzərinə hücum etməklə, onu şantaj və təhqir etməklə istəklərinə nail olmağa çalışırlar: “Burada ortaya sual çıxır? Niyə Əli Həsənova qarşı belə hücumlar var? Cavab birdir: Çünki Əli Həsənov radikal qruplara siyasi maraqlarını təmin etməyə mane olur. Çünki Əli Həsənovun fəaliyyəti, çıxışları, məqalələri düz hədəfə dəyir, qarşı tərəfin planlarını ifşa edir. Qarşı tərəf mühüm bir məqamı da unudur ki, İlham Əliyevin komandası vahid mövqedən çıxış edir, monolitdir və şantajlara təslim olmur. Bu isə onları daha da hövsələdən çıxarır, aqressivləşdirir. Nəticədə onlar dalbadal məğlubiyyətlər seriyası ilə qarşılaşırlar ki, bu da radikalların, özünü “ziyalı” müxalifət (“şarikovun qohumları”) kimi təqdim edən mənfəətpərəstlərin siyasi sonu deməkdir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/286435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR