Yanvarın 20-də Bakı ətrafında hərəkət edən elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq

Yanvarın 20-də Bakı ətrafında hərəkət edən elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq
10:52 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 10:16 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. 20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-də Tədbirlər Planı hazırlanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumatda görə, qeyd edilən tarixlə bağlı Abşeron şəhərətrafı zonada yanvarın 20-də  saat 06:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.

 

Tədbirlər Planına əsasən, cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir.

 

Eyni zamanda anım günü “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.

 

20 yanvar tarixdə saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR