Çin evlərdə və zibil çənlərində sifətin tanınması sistemini quraşdıracaq

Çin evlərdə və zibil çənlərində sifətin tanınması sistemini quraşdıracaq
12:35 3 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Pekin hakimiyyəti zibilin çeşidlənməsi üzrə proqramın tətbiqi üçün bir neçə yaşayış məntəqəsində sifətin skan edilməsi sistemini sınaqdan keçirir. Kameralar, həmçinin dövlət tərəfindən maliyyələşdirilən mənzillərin qanunsuz vasitəli icarəsinə nəzarət üçün lazımdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, "Sinxua" dövlət informasiya agentliyinin məlumatına görə, Pekində artıq 13 ictimai yaşayış məntəqəsində kameralar quraşdırılıb. Həmin kameralar hər bir evdə olan avtomatik giriş qapılarına quraşdırılıb. Oktyabrın sonuna yeni sistemin şəhərin 59 mikrorayonunda tətbiq ediləcəyi gözlənilir.
 
Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-62234-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR