"Qarabağ"da gözlənilməz İTKİ

"Qarabağ" klubunun zədəli futbolçusu Filip Ozobiçin son durumuna aydınlıq gəlib.

Metbuat.az xəbər verir ki, dizətrafında sümük qırığı aşkarlanan xorvat yarımmüdafiəçinin ən azı bu ilin sonuna qədər oynamayacağı bəlli olub.

Qeyd edək ki, F.Ozobiç Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk"la cavab matçında (3:0) zədələnib. O, 25-ci dəqiqədə Dani Kintana ilə məcburi əvəzlənmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR