Aygün Kazımova nağılı bitdi (VİDEO)

Aygün Kazımova nağılı bitdi (VİDEO)
00:31 12 May 2015
267 Şou
Ölkə mətbuatı
A- A+

ANS-də yayımlanan Azərbaycanın ən maraqlı realiti-şousu “Maşın”da gərginlik davam edir.

ANS PRESS-in məlumatına görə, əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu “Maşın” realiti-şousunin növbəti buraxılışı baş tutub. "Daha bir nağıl" devizi ilə yayımlanan proqramın bu günü maraqlı anlarla yadda qalıb.

Maşın ətrafına toplaşan sənət aləminin tanınmış 17 siması şounun növbəti günündə əməkdar artist Mehriban Xanlarovanın şəklini ataraq, onu seçim qarşısında qoyublar.

Realiti şouda Mehriban Xanlarova ilə xalq artisti Aygün Kazımova arasında böyük gərginlik yaşanıb. Aygün Kazımova öz pərəstişkarlarından Mehribanın getməsi üçün səs verməyi xahiş edib. İştirakçılar arasında gərginlik bir az da artıb. Vəziyyət o yerə çatıb ki, Xanlarova özünün oyundan getməsi üçün səs istəyib.

Lakin Mehriban Xanlarova 77,68 faiz səs toplayaraq layihədə qalma şansı qazanıb və xalq artisti Aygün Kazımovanı oyundan kənarlaşdırıb. Aygün Kazımovanın gedişinə etiraz olaraq müğənni Rəhim Rəhimli də əlini maşından çəkərək getməyə qərar verib.

Həmin gərgin və maraqlı anları sizə təqdim edirik.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=343807

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR