İmam Zaman ağanın süfrəsindən yeyərək, şəfa tapdı

İmam Zaman ağanın süfrəsindən yeyərək, şəfa tapdı
15:17 4 Avqust 2019
Ölkə mətbuatı
A- A+

İsa ibni Məhdi Cuhəri həccə gedir və orada xəstələnir. Ancaq balıq və xurma yemək istəyir, başqa yeməklərə yaxın dura bilmir. Ancaq nə qədər axtarırsa, Məkkədə bu yeməkləri tapa bilmir.

Eşidir ki, İmam Zaman ağa (ə.f) Sariyadadır və Həzrətin (ə.f) xidmətinə gedir. Onunla birlikdə işa namazını qılır. Bu zaman xidmətçi ona deyir: "Evə daxil ol".

İsa evə daxil olur və görür ki, böyük bir süfrə açılıbdır. Xidmətçi ona deyir: "Ağam buyurur ki, hər nəyə meylin vardırsa, ondan ye".

İsa görür ki, süfrədə balıq vardır ki, hələ də ondan buxar çıxır, yanında isə xurma və süd vardır. Öz-özünə düşünür ki, bu yeməkləri bir yerdə yemək mənə ziyan olar. Bu zaman İmam (ə.f) ona xitab edir: "Bizim işimizdə şəkk etmə...".

İsa ona görə də onların hamısından yeyir, yeyən zaman boşqabda həmin yeməyin yeri yenidən dolur. Bu yeməklər indiyə qədər yediyi ən ləzzətli yeməklər idi.

Hiss edir ki, çox yeyir, ona görə də xəcalət çəkir və əl saxlayır.

İmam (ə.f) yenə xitab edərək, buyurur: "Xəcalət çəkmə, bunlar behişt yeməkləridir".

İsa yeməyə başlayır və sonra deyir: "Mənə bu qədər kifayətdir".

İmam (ə.f) ona buyurur: "Mənə yaxın gəl".

İsa öz-özündə düşünür ki, necə yaxın gəlim ki, əllərim çirklidir.

Həzrət (ə.f) buyurur: "Yediklərinin yağı və çirki yoxdur".

İsa əllərini iyləyir və görür ki, gözəl müşk ətri verir. Bu zaman İmama (ə.f) yaxınlaşır. Gözlərini qamaşdıran nur hər tərəfi bürüyür. Bundan sonra İsa hiss edir ki, ağrısı aradan gedir və şəfa tapır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/775205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR