Bakıda və Xaçmazda yanğın olub

00:42 12 May 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 00:41 ]


Bakı – APA. Ötən axşam Bakıda və Xaçmazda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus üçmərtəbəli evin zirzəmisində ümumi sahəsi 5 kv.m olan par otağının taxtadan ibarət üzlüyü yanıb və yüksək temperaturdan ümumi sahəsi 60 kv.m olan saunanın alçipandan ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Xaçmaz rayonu, Yergüc kəndində (rayon mərkəzindən 10 km aralı) isə vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan köməkçi tikilinin lambirdən ibarət tavanı 48 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383101

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR