"O pu­la bu­ra­dan si­zin­lə heç kəs get­məz..."

"O pu­la bu­ra­dan si­zin­lə heç kəs get­məz..."
16:57 4 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Milli.Az yeniavaz.com-a istinadən Səməd Məlikzadənin hekayəsini təqdim edir

Dünyasını vaxtsız dəyişmiş tələbə yoldaşlarımın xatirəsinə
 
Ömür yo­lu­muz­da çe­şid-çe­şid in­san­lar­la, tə­zad­lı ha­di­sə­lər­lə üz­lə­şi­rik. Bu in­san­la­rın və olay­lar bi­zə se­vinc, tə­əs­süf, bə­zən də kə­dər his­si bəxş edir...
So­ve­tin çö­kən, da­ğı­lan çağ­la­rı­nın so­nu­na ya­xın iş­lə­di­yim na­zir­lik­dən il­lər­lə göz­lə­dik­dən son­ra mə­nə ya­şan­mış mən­zil ver­di­lər. Ne­çə il­lər ai­lə­si ilə or­da-bur­da ki­ra­yə­də ya­şa­yan­la­rın bi­ri ki­mi yal­nız be­ton di­var­lar­dan və be­ton dö­şə­mə­dən iba­rət bu mən­zil mə­nə, be­lə de­mək müm­kün­sə, sa­ray ki­mi gə­lir­di.
Pay­tax­tın sa­kit mik­ro­ra­yon­la­rı­nın bi­rin­də, beş­mər­tə­bə­li bi­na­nın dör­dün­cü mər­tə­bə­sin­də yer­lə­şən o mən­zi­lin yal­nız köh­nə tax­ta gi­riş qa­pı­sı var­dı. Qon­şu­la­rın de­dik­lə­ri­nə gö­rə, "JEK"in iş­çi­lə­ri, sağ ol­sun­lar, mən­zil boş qa­lan ay­lar­da ora­nı "tə­miz­lə­miş", gö­zə də­yən və gö­tü­rü­lə­si nə var­dı­sa, ha­mı­sı­nı apar­mış­dır. Qı­sa­sı, mən­zil­dən im­kan­sız­lıq­dan an­caq be­ton di­var­la­rı apa­ra bil­mə­miş­di­lər. Çün­ki on­la­rı da apar­say­dı­lar, qon­şu­la­rın mən­zil­lə­ri gö­rü­nə bi­lər­di. Bü­tün bun­la­ra bax­ma­ya­raq "için­də yel vu­rub, yen­gə­lər oy­na­yan" o mən­zi­lin or­de­ri­ni alan­dan son­ra elə bi­lir­dim ki, mə­nim bu bö­yük şə­hər­də gö­zəl bir sa­ra­yım var və gənc­li­yi­min qay­ğı­lar için­də əri­di­yi ən gö­zəl il­lə­ri­ni ye­ni­dən, əsl in­san ki­mi ya­şa­ya­ca­ğam. Ən azın­dan hə­yat yol­da­şım­la, uşaq­la­rım­la ev­siz­lik dər­di çək­mə­yə­cək, ürə­yi­miz is­tə­yən qə­dər de­yib-gü­lə­cək və gün­lə­rin bir gü­nü ye­nə evin sa­hi­bin­dən "bu ayın so­nun­da mən­zi­li bo­şal­dın, özü­mə gə­rək­di" söz­lə­ri­ni eşit­mə­yə­cək­dik. Bax, elə bu son söz­lə­ri bir da­ha eşit­mə­yə­cə­yi­mə gö­rə hər tə­rə­fi be­ton­dan olan o mən­zil mə­nə çox şi­rin gə­lir­di. Onu da de­yim ki, or­da bir qış gü­nü gü­nor­ta köh­nə də­mir çar­pa­yı­da xo­rul­tu ilə yat­ma­ğı­mı və sa­at­lar­la gör­dü­yüm şi­rin yu­xu­nu in­di­nin özün­də də unut­ma­mı­şam və yə­qin ki, bun­dan son­ra da heç vaxt unu­da bil­mə­yə­cə­yəm. Mə­sə­lə on­da­dır ki, hər şey­dən əv­vəl, o gün  çox az xa­tır­la­dı­ğım gü­nəş­li qış gün­lə­rin­dən bi­ri idi. Çün­ki qı­şın or­ta ayı ola, adam pen­cək­də tər­lə­yə - be­lə gün­lər na­dir hal­lar­da baş ve­rən şey­di. Di­gər tə­rəf­dən, mən o gün sə­hər­dən baş­la­ya­raq mən­zil­də, öz dü­şün­cə­mə gö­rə, möh­kəm tə­miz­lik iş­lə­ri­nə baş­la­mış­dım və na­ha­ra­dək otaq­la­rın bi­rin­də ba­la­ca ye­ni­dən­qur­ma apar­mış­dım. Bu­nun­la be­lə, qar­da­şım­la par­ça-boz­baş­dan do­yun­ca ye­yib, Al­la­ha şü­kür edən­dən son­ra bir­dən-bi­rə mə­ni otur­du­ğum yer­də yu­xu ya­man gir­lə­miş­di. Qar­da­şım du­rub öz evi­nə ge­dən­dən son­ra mən də­mir çar­pa­yı­ya uza­nıb şi­rin yu­xu­ya get­miş­dim...
Mə­nə elə gə­lir ki, özü­mü bü­tün qay­ğı­lar­dan azad san­dı­ğım o gün yu­xu­da gör­dük­lə­ri­mi, qı­sa­ca da ol­sa, söy­lə­mə­səm, be­lə de­mək müm­kün­sə, bu ya­zı­nın da­dı-du­zu ol­maz və on­lar no­vel­la­ya bən­zə­yən bu söh­bət­də əla­qə­siz­li­yə gö­rə mə­ni qı­na­yar­lar.
Doğ­ru de­yib­lər ki, bu dün­ya­da heç bir şey tə­sa­dü­fən baş ver­mir. De­mək, hət­ta yu­xu­da gör­dük­lə­ri­miz bə­zən bi­zə çox şey­lə­ri an­la­dır. De­mə­li, yu­xu­la­rı­mı­zı düz­gün yo­za bil­sək (hər­gah mən yu­xu­yoz­ma­ya inan­ma­sam da), bir sı­ra mət­ləb­lə­rə agah ola, bə­zi müş­kül­lə­rə ça­rə ta­pa bi­lə­rik. Am­ma fər­qi­nə var­mı­rıq. Əgər bi­zə ve­ri­lən hər şey Uca Al­la­hın qis­mə­ti­dir­sə, de­mək yu­xu­la­rın da hik­mət­lə­ri var və yu­xu­lar­da gör­dük­lə­ri­mi­zin an­caq rö­ya yox, həm də re­al hə­yat ol­du­ğu­na inan­ma­lı­yıq. Yə­qin çox­la­rı­nız mə­nim­lə ra­zı­la­şar­sı­nız ki, bə­zən yu­xu­da gör­dük­lə­ri­mi­zin sə­hə­ri gün və o bi­ri gün baş ver­di­yi­nin şa­hi­di olu­ruq. Yox, mən fəl­sə­fə aç­maq is­tə­mi­rəm. Am­ma ina­nın ki, o qış gü­nü gü­nor­ta və ilk də­fə ola­raq, öz mən­zi­lim­də gör­dü­yüm yu­xu­nu tam ol­ma­sa da, mən il­lər ke­çən­dən son­ra ye­ni­dən ya­şa­mı­şam.
... Mə­nim ye­ni­cə tə­mir olun­muş mən­zi­lim­də çay sto­lu ət­ra­fın­da tə­lə­bə yol­daş­la­rım - Azər, Adil, Va­qif, Arif, Fi­ru­zə, Şə­fəq, Fi­ru­zə­, Rəhim, Meh­pa­rə və baş­qa­la­rı otur­muş­du­lar. On­lar tə­lə­bə­lik il­lə­rin­də baş ve­rən­lər­dən da­nı­şıb gü­lür­dü­lər. Va­qif ye­nə Ari­fə "Ha­cı" de­yə mü­ra­ci­ət edir­di. Adil ye­nə Fi­ru­zə­yə mə­həb­bət do­lu ba­xış­lar­la ba­xır­dı...
Bir­cə ha­mı­mız­dan yaş­ca bö­yük olan Rəh­im za­ra­fat et­mir, az gü­lür­dü. Mə­nə elə gə­lir­di ki, o, ra­yon­da olan ai­lə­si, qo­ca ana­sı ba­rə­də dü­şü­nür­dü. Get­mək üçün elə stul­dan bi­rin­ci qal­xan da Rəh­im ol­du və o, üzü­nü mə­nə tu­tub de­di: "Xoş­bəxt ya­şa­yın, in­şal­lah, gə­lib-get­mə­li bir evi­miz də ar­tdı. Sağ­lıq ol­sun, Ra­him oxu­ma­ğa gə­lən­də özü si­zi ta­par. Bir gün ar­vad-uşa­ğı yı­ğıb qo­naq gə­lə­cə­yik..."
Yu­xu­da gör­düm ki, kü­lək bu­fe­tin üs­tün­də­ki əma­nət ki­tab­ça­sı­nı, ne­cə ol­du­sa, otaq­dan çı­xa­rıb bal­ko­na sal­dı. Və o ki­tab­ça bir qom pu­la çev­ril­di. Da­ha son­ra o pul­lar bir an­da­ca alı­şıb yan­dı...
Yu­xu­da qə­fil hiss et­dim ki, kim­sə mə­ni ça­ğı­rır. O sə­sə oyan­dım. Qar­da­şım mə­nə kö­mək üçün qa­yıt­mış­dı...
 
....
 
Nə­ha­yət ne­çə il son­ra mən­zi­li­mi əsas­lı tə­mir et­dir­mək qə­ra­rı­na gəl­dim. Əs­lin­də ötən il­lər ər­zin­də bu qə­ra­rı bir ne­çə də­fə qə­bul et­miş­dim. Am­ma eh­ti­ya­cın gö­zü kor ol­sun, nə vaxt bu məq­səd­lə bir qə­dər pul top­la­yır­dım, müt­ləq bir "əm­ma" çı­xır­dı. Bi­rin­ci də­fə əma­nət kas­sa­sı­na qoy­du­ğum pul­lar ölüb get­di. Son­ra da oğ­lum universiteti, qı­zım tex­ni­ku­ma qə­bul olun­du. İn­di gəl, ma­aş­la ey­ni vaxt­da iki­si­ni də oxut. Bax, be­lə­cə, mən­zi­lin əsas­lı tə­mi­ri il­lər­lə uzan­dı...
Rə­şid us­ta ilə tə­mir üçün la­zım olan əsas ma­te­ri­al­la­rı alıb, evə dön­mək is­tə­yir­dik. Ağ­lı­ma gəl­di ki, al­dıq­la­rı­mı­zı dördüncü mər­tə­bə­yə kim da­şı­ya­caq? Çün­ki bu is­ti­də çox yox, iki­cə də­fə boş çı­xıb-düş­səy­dim, bəs idi. Bir də, ne­çə il­də bir­cə metr yer bel­lə­mə­yən, beş da­şı gö­tü­rüb bir-bi­ri­nin üs­tü­nə qoy­ma­yan adam bu qə­dər qu­mu, se­men­ti, rən­gi, bo­ru­la­rı dördüncü mər­tə­bə­yə da­şı­ya bi­lər­di­mi? Rə­şid də mə­nə fəh­lə­lik elə­mə­yə­cək­di ki... Elə bun­la­rı gö­tür-qoy edir­dim ki, us­ta de­di:
- Bəl­kə, bu­ra­dan özü­müz­lə bir-iki fəh­lə də apa­raq? Çün­ki bu qə­dər ma­te­ri­a­lı be­şin­ci mər­tə­bə­yə da­şı­maq bi­zim üçün çə­tin olar...
Mən: -Yax­şı olar, - de­dim.
Ti­kin­ti ma­te­ri­al­la­rı ba­za­rı­nın gi­ri­şi­nə ya­xın xey­li adam top­laş­mış­dı. On­lar məq­sə­di­mi­zi ba­şa dü­şüb, bi­zə tə­rəf gəl­di­lər. La­kin hə­min şəxs­lər­lə söh­bə­ti­miz baş tut­ma­dı. Elə bil ha­mı­sı söz­ləş­miş­di­lər, çox "yu­xa­rı"­dan ge­dir­di­lər. Axır­da ara­la­rın­da­kı qol­suz gö­dək­cə gey­miş nis­bə­tən yaş­lı ki­şi de­di:
- O pu­la bu­ra­dan si­zin­lə heç kəs get­məz.
Ba­zar­dan az ara­lan­mış­dıq ki, Rə­şid əl­lə­rin­də bağ­la­ma olan oğ­lan­la­ra de­di:
- Yük bo­şalt­ma­ğa adam ax­ta­rı­rıq.
Oğ­lan­lar­dan bi­ri: -Mən ge­də­rəm, - de­di.
Us­ta on­dan bu iş üçün nə qə­dər pul is­tə­di­yi­ni so­ruş­du.
Oğ­lan sa­kit­cə:
- Yü­kü­nə ba­xır, in­saf­la nə ve­rər­sən, ve­rər­sən.
Onun bu söz­lə­ri xo­şu­ma gəl­di. Yol bo­yun­ca oğ­la­nın de­dik­lə­ri­ni ürə­yim­də bir ne­çə də­fə tək­rar­la­dım.
Oğ­lan pal­ta­rı­nı də­yi­şib işə baş­la­dı. O, se­ment və qum ki­sə­lə­ri­ni çiy­ni­nə alıb cəld pil­lə­kən­lə­ri qal­xır və ge­ri dö­nür­dü. Onun bu iş­gü­zar­lı­ğı Rə­şi­din də diq­qə­tin­dən ya­yın­ma­dı. Ara­da us­ta oğ­la­na de­di:
- Oğ­lum, on-on beş də­qi­qə gec ol­sa, dün­ya da­ğıl­maz, ça­lış əl-aya­ğı­nı əz­mə...
Rə­şid bu söz­lə­ri de­yən­dən son­ra oğ­lan so­yu­muş ça­yı bir­nə­fə­sə içib, ye­ni­dən işə baş­la­dı.
So­nun­cu qum ki­sə­lə­ri qal­mış­dı. Oğ­lan ma­şı­na doğ­ru əyi­lən­də, nə­dən­sə, əli­ni kü­rə­yi­nə doğ­ru uzat­dı və göz­lə­ri­ni yum­du. Hiss et­dim ki, ona nə­sə olub. Qo­lun­dan tu­tub so­ruş­dum:
- Da­yan, sə­nə nə olub?
O utan­caq hal­da:
- Na­ra­hat ol­ma­yın, heç nə ol­ma­yıb.
Am­ma o nə­yi isə mən­dən giz­lə­dir­di. Bu­na gö­rə də hə­yət­də­ki uşaq­lar­dan iki­si­ni ça­ğır­dım ki, qa­lan şey­lə­ri da­şı­sın­lar. Mən isə oğ­la­nı özüm­lə yu­xa­rı apar­dım. Mən­zi­lə gi­rən­də de­dim:
- Utan­ma, ev­də baş­qa adam yox­dur, yax­şı yu­yun, son­ra söh­bət edə­rik. O yu­yu­na­na­dək so­yu­du­cu­da olan ye­mə­yi qız­dır­dım. Rə­şid də gəl­di və stol ar­xa­sı­na keç­dik. Oğ­lan da bir-iki ti­kə ye­di. Çay içən­dən son­ra o, de­di:
- Əmi, mən ge­dim, sa­bah ra­yo­na çıx­ma­lı­yam.
Oğ­la­na zəh­mət­haq­qı­nı ve­rən­də, o, bil­dir­di:
- Lap ar­tıq­la­ma­sı ilə ve­rir­si­niz, sağ olun.
Za­ra­fat­la de­dim ki, bir həf­tə­yə­dək ye­nə bə­zi şey­lər alıb gə­tir­mə­li­yik, bəl­kə, on­da heç sə­nə ver­mə­yə pu­lu­muz ol­ma­dı.
- Nə olar, elə bi­lə­rəm ki, əmi­mə kö­mək elə­mi­şəm.
Nə­yə gö­rə­sə bir­dən onun adı­nı so­ruş­dum:
O:
-Ra­him­dir,-de­di.
- Çox gö­zəl, Al­lah kö­mə­yin ol­sun,-de­dim.
 
...
 
Təx­mi­nən on gün son­ra Rə­şid­lə ye­nə ma­te­ri­al al­ma­ğa get­dik. Qa­yı­dan­da ona de­dim ki, Ra­hi­mi tap. So­raq­laş­dıq, de­di­lər Ra­him çö­rək ye­yir, 5-10 də­qi­qə­yə gə­lə­cək. Göz­lə­dik. Doğ­ru­dan da, tez gə­lib çıx­dı. Köh­nə dost­lar ki­mi gö­rüş­dük. So­ruş­dum ki, da­ha ağ­rı­mır­san ki?
- Hər şey qay­da­sın­da­dır,-de­di.
Ra­him ava­dan­lıq­la­rı evə da­şı­yan za­man mən iş yol­daş­la­rım­dan bi­ri ilə te­le­fon­la da­nı­şır­dım. O, nə hiss et­miş­di­sə Rə­şid­dən mə­nim kim­li­yi­mi, ha­ra­da iş­lə­di­yi­mi so­ruş­muş­du. Biz bal­kon­da otu­rub çay içər­kən bir­dən o, de­di:
- Mü­əl­lim, mə­nim atam­la uni­ver­si­tet­də bir yer­də oxu­mu­suz. Evi­miz­dəki al­bom­da şək­li­niz var...
Onun bu söz­lə­ri mə­ni tə­əc­cüb­lən­dir­di. Bu­na gö­rə də on­dan hər şe­yi ət­raf­lı so­ruş­dum. De­di ki, atam üç il olar rəh­mə­tə ge­dib. Do­la­nı­şı­ğı­mız çə­tin ol­du­ğu üçün yay ay­la­rın­da şə­hə­rə gə­lib çö­rək­pu­lu qa­za­nır, ana­ma kö­mək edi­rəm.
Köv­rəl­dim. İşə bax ha, tə­lə­bə yol­da­şım Rəh­imin nə vaxt dün­ya­sı­nı də­yiş­di­yi­ni in­di­yə­dək eşit­mə­miş­dim. Rəh­imin tə­lə­bə­lik il­lə­rin­də­ki da­im qay­ğı­lı çöh­rə­si göz­lə­rim önün­də gə­lib da­yan­dı...
Ra­him­lə xey­li söh­bət et­dik. Ev­dən çıx­maz­dan əv­vəl güc­lə ci­bi­nə pul qoy­dum. Son­ra onun­la av­to­bus da­ya­na­ca­ğı­na ki­mi get­dim. Ay­rı­lan­da:
-Da­ha evi ta­nı­dın, bun­dan son­ra tez-tez gəl, - de­dim.
Evə qa­yıt­dım. Ürə­yim dol­muş­du. Sa­kit­cə da­ya­nıb, bir az əv­vəl qə­fil ürə­yi­mə do­lan ağ­rı ilə əl­lə­şir­dim. Çay içər­kən göz­lə­rim ki­tab şka­fı­nın üs­tün­də­ki pu­la sa­taş­dı. O pul­la­rı Ra­him mən­dən giz­lin ora qoy­muş­du...
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/775381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR