Burundidə polislə nümayişçilər arasında baş verən toqquşmada 19 nəfər həlak olub

Burundidə polislə nümayişçilər arasında baş verən toqquşmada 19 nəfər həlak olub
01:28 12 May 2015
39 Dünya
Ölkə mətbuatı
A- A+


Paris, 11 may, AZƏRTAC
Afrikanın kiçik dövlətlərindən biri olan Burundidə son günlər baş verən hadisələr dünya ictimaiyyətini ciddi narahat etməyə başlayıb. 2005-ci və 2010-cu illərdə müəyyən qüvvələrin köməyi ilə prezident seçilən Pyer Nkurunzizanın iyunun 26-da keçiriləcək prezident seçkilərində üçüncü dəfə namizədliyini irəli sürməsi ölkədə böyük narazılıqlara səbəb olub. Prezidentə müxalif qüvvələrlə birləşən narazı insanlar izdihamlı nümayişlər keçirməyə başlayıblar.
Nümayişləri yatırmaq üçün polis sərt tədbirlərə əl atıb və odlu silahdan istifadə etməyə başlayıb. Ölkənin paytaxtı Bujumburanın bəzi məhəllə və küçələrində barrikadalar qurulub və polisə qarşı müqavimət göstərilir. Polis qüvvələri ilə nümayişçilər arasında son günlərdə baş verən toqquşmalar zamanı 19 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
Ölkədə yaranacaq qanlı qarşıdurmalardan və dövlət rəsmilərinin tayfalar arasında ədavəti qızışdırmasından qızışdırmasından ehtiyat edən 50 mindən artıq burundili qonşu ölkələrdə sığınacaq tapıb.
BMT və digər beynəlxalq təşkilatlar Burundidə qanlı döyüşlərin baş verməməsi üçün ölkə rəsmiləri ilə danışıqlar aparmağa başlayıb.

Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Burundide_polisle_numayischiler_arasinda_bas_veren_toqqusmada_19_nefer_helak_olub-854151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR