x
Loading...

Gürcüstan- ABŞ birgə təlimləri başlayıb

Gürcüstan- ABŞ birgə təlimləri başlayıb
00:37 12 May 2015
98 Dünya
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 01:35 ]


Gürcüstan. Nizami Məmmədzadə-APA. Vaziani hərbi bazasında Gürcüstan-ABŞ birgə hərbi təlimləri başlayıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirin açılışında Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edib.

 

Baş nazir Gürcüstan və NATO Silahlı Qüvvələrinin bölmələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb, Gürcüstan hökumətinin NATO ilə yaxınlaşmada irəliləyişə nail olmaq üçün bütün vasitələrdən istifadə edəcəyini bildirib.

 

Onun sözlərinə görə, Gürcüstan dəfələrlə beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə öz töhfələrini verə biləcəyini  təsdiq edib. “Gürcüstanın Avroatlantik inteqrasiyasının alternativi yoxdur”, deyə İ.Qaribaşvili bildirib.

 

Vazianidə başlanan Gürcüstan-ABŞ birgə təlimləri mayın 11-dən 25-nə kimi keçiriləcək. Təlimdə 600 nəfər ABŞ və Gürcüstan hərbçiləri  iştirak edəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383102

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR