Lavrov və Kerri nələri danışacaq?

Lavrov və Kerri nələri danışacaq?
02:01 12 May 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerrinin görüşü zamanı nələrin müzakirə ediləcəyi açıqlanıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O bildirib ki, Soçidə görüşün gedişatında Lavrov və Kerri Moskva və Vaşinqton arasında münasibətlərin bütün problemli məsələləri müzakirə ededəcəklər.

"Dünyadakı münaqişələr və bunların həlli yolları geniş şəkildə müzakirə ediləcək. Rusiya-ABŞ münasibətləri ətrafında fikir mübadiləsi aparılacaq", - deyə Ryabkov bildirib.

Onun sözlərinə görə, diplomatların bütün məsələlər haqqında danışmağa imkanı olacaq.

Qeyd edək ki, bundan əvvəl məlum olub ki, Rusiya prezidenti Vladimir Putin və Con Kerrinin görüşü haqqında qərar hələ qəbul edilməyib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=343817

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR