Nazir: "31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk müsabiqə günündə iştirakçılara 3 tapşırığın veriləcəyi gözlənilir"

Nazir: "31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk müsabiqə günündə iştirakçılara 3 tapşırığın veriləcəyi gözlənilir"
12:12 5 Avqust 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

"31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) ilk müsabiqə günündə iştirakçılara 3 tapşırığın veriləcəyi gözlənilir. Onların cavablandırılması üçün iştirakçılara 5 saat vaxt veriləcək".
"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov olimpiadanın açılışına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, avqustun 8-də müsabiqənin ikinci günü olacaq: "Həmin gündə də 3 tapşırıq üçün 5 saat vaxt veriləcək. Böyük ehtimalla avqustun 8-də günün sonuna yaxın nəticələr təsdiq ediləcək, avqustun 9-da nəticələr açıqlanacaq".
C.Bayramov qeyd edib ki, olimpiada suallarının hazırlanması beynəlxalq elmi komitə tərəfindən hazırlanır, suallara yüksək səviyyəli mütəxəssislər tərəfindən dəfələrlə baxılır: "Ona görə də suallarla bağlı problemin, yaxud texniki problemin olması ehtimalı çox azdır. Olarsa da, bununla bağlı beynəlxalq təşkilat komitəsi rəy verəcək".
Nazir əlavə edib ki, Azərbaycanda beynəlxalq olimpiada fənlərindən başqa digər fənlər üzrə də respublika olimpiadaları keçirilir: "Azərbaycanda 8 fənn üzrə respublika olimpiadası keçirilir. Şagirdlərin olimpiadaya cəlbi, eyni zamanda istedadlı uşaqları daha erkən yaşda aşkarlamaq üçün respublika fənn olimpiadalarından əlavə, ölkədə respublika fənn müsabiqələri də keçirilir".


Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/nazir-31-ci-beynelxalq-i-nformatika-olimpiadasinin-ioi-ilk-musabiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR