Ronaldo birlikdə oynamaq istədiyi futbolçunun adını açıqladı

Portuqaliya yığması və “Yuventus”-un futbolçusu Kriştiano Ronaldo birgə oynamaq istədiyi futbolçunun adını açıqlayıb.

Metbuat.az bildirir ki, , 34 yaşlı hücumçu “Soccer.com” “Youtube” kanalına müsahibəsində mərhum həmyerlisi Eysebionunun adını çəkib: “Fikrimdə çox sayda oyunçu var. Ancaq bir neçə il öncə vəfat edən həmyerlimin adını çəkəcəyəm. Bu, Eysebiodur. O, Portuqaliyanın simvollarından sayılır. Onunla oynamaq istərdim. Birincisi, portuqaliyalıdır, ikincisi isə çox yaxşı insan idi”.

Ronaldo futbolçu olmasaydı aktyor və ya model kimi fəaliyyət göstərə biləcəyini vurğulayıb.

Qeyd edək ki, Eysebio 1965-ci ildə “Qızıl top” mükafatına layiq görülüb. O, 5 yanvar 2014-cü ildə 71 yaşında vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR