82 yaşlı arvadını güllələdi: eyni silahla da İNTİHAR ETDİ - FOTO

82 yaşlı arvadını güllələdi: eyni silahla da İNTİHAR ETDİ - FOTO
14:42 5 Avqust 2019
87 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Çorum vilayətində mübahisə etdiyi 82 yalı həyat yoldaşını tapançayla vurub yaraladıqdan sonra intihara cəhd edən 68 yalı kişi dünyasını dəyişib.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, qanlı olay dünən axşam saatlarında baş verib.

Sadık Gevrek ilə arvadı Dudu Gevrek arasında evlərində bilinmyən səbəblərdən mübahisə düşüb. Psixoloji problemləri olduğu deyilən Sadık Gevrek mübahisə əsnasında arvadına tapançadan iki dəfə atəş açıb.

Qadının qan içində yerə yıxıldığını görən əri eyni silahla öz başına atəş açıb. Silah səslərini eşidib evə gələn qohum-qonşular cütlüyü təcili yardım maşını ilə xəstəxanaya çatdırıblar. 

Sadık Gevrekin həyatını xilas etmək mümkün olmayıb. Yaralı Dudu Gevreyin isə həyati təhlükəni artıq geridə qoyduğunu, səhhətinin yaxşılığa doğru getdiyini bildiriblər.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/776018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR