“Heç kim Azərbaycanda homoseksual doğulmaq istəməzdi”

“Heç kim Azərbaycanda homoseksual doğulmaq istəməzdi”
15:17 5 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Heç kim Azərbaycanda homoseksual doğulmaq istəməzdi.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Manpası" verlişinin aparıcısı Dj Fateh Murad Arifin "Popumuz var" layihəsində səsləndirib.

O Muradın ünvanladığı "Cəmiyyətin LGBT üzvlərinə münasibəti necədir" sualını belə şərh edib:

"Cəmiyyətin münasibəti İlqar Mikayıloğlunun münasibəti kimidir. Məsələ onda deyil ki, İlqarın münasibəti pis və ya yaxşıdır. Çoxluq necə düşünürsə, İlqar da elə düşünür. Amma anlamaq lazımdır ki, heç kim Azərbaycan kimi bir ölkədə homoseksual doğulmaq istəməzdi. Heç kimin belə bir arzusu olmaz. Deməli, bu, həmin insanların seçimi ilə baş verməyib. Bunu anlayaraq, mən Fateh onlardan üz döndərsəm, mütərəqqi bir şəxsə bu yaraşmaz. Mən bu adamlara qarşı çox dözümlüyəm. Dostlarım, tanışlarım arasında da belələri var".

"Popumuz var"da təqdim olunan "Top 10"luqda Dj Fateh Xalq artisti Brilliant Dadaşovanın, Aygün Kazımovanın və Əməkdar artist Röya Ayxanın son günlər ifa etdiyi mahnılar haqda çox da yüksək fikirdə olmayıb:

""Tet-a-tet" mahnısı klassik Brilliant Dadaşova ənənələrindən kənardır. Brilliantın ifasında lirikanı xoşlayıram. Bu mahnı isə qəlbimə yol tapa bilmədi. Aygün su kimidir. Onun çox böyük arxivi, zəhməti, irsi var. Lakin duetlərdə bu xanım, məncə, çox uğurlu olmur. Aygünün duetlərə ehtiyacı yoxdur. Ona qatılan qatqılar, siroplar, istəyir Filip Kirkorov olsun, istəyir başqa birisi olsun, sanki, gücü Aygündən alır. Aygünün dəyərini azaldır. Aygünün duetlərini bəyənmirəm. Səmimi olsaq, Aygün heç kimlə duet oxumasın, bu qadın tək özü partlatmaq gücündədir. Röyanın ifasında sevdiyim nəğmələr var. Lakin o mənim çox dinlədiyim müğənni deyil".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/775987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR