Prezident qarşıdurmanı terror adlandırdı

Prezident qarşıdurmanı terror adlandırdı
03:31 12 May 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

Makedoniya prezidenti Georgi İvanov şənbə günü şimal bölgəsində polislə silahlı şəxslər arasında baş verən qarşıdurmanı koordinasiya edilmiş terror aktı adlandırıb.

ANS PRESS-in məlumatına görə, İvanov silahlıların şəxsiyyətlərinin məlum olmadığını, lakin onların hərbi təlim keçmiş cinayətkarlar olduğunu deyib.

Qeyd edək ki, paytaxt Skopyedən şimalda, Kosovo və Serbiya sərhədləri yaxınlığında yerləşən Kumanovoda albanlar çoxluq təşkil edir. Fransa Xəbər Agentliyi ilə danışan polis sözçüsü beş nəfərinin etnik albanların yaşadığı Kosovodan olmaqla, hücumçüların əsasən Makedoniya vətəndaşları olduğunu deyib.

Xatırladaq ki, Kumanovo şəhərində silahlılarla polis arasında qarşıdurma zamanı 8-i polis işçisi və 14-ü silahlılardan olmaqla, 22 nəfər ölüb. Hadisə zamanı 37 polis işçisinin yaralandığı deyilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=343828

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR